“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar maraqlı açıqlamalar verib.
Metbuat.az-ın xəbərinə görə, belçikalı futbolçu “Qızıl top”u qazanacağına inanır:
“İlk növbədə komandamla birgə titullar qazanmaq istəyirəm. İnanıram ki, “Çelsi” ilə mükafatlar əldə edəcəyim təqdirdə Premyer Liqada mövsümün ən yaxşısı ola bilərəm. Hətta “Qızıl top”u qazanmaq da mümkündür.
Ancaq Lionel Messi və Kriştiano Ronaldonu görəndə daha çox qol vurmağın lazımlı olduğunu da başa düşürəm. Əslində, individual mükafatlar məqsədlərim sırasına daxil deyil. Mən sadəcə futbol oynamaq istəyirəm”.