ATƏT-in (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) sədri Cənubi Qafqaz regionuna səfər edəcək.

ANS PRESS-in məlumatına görə, ATƏT sədrinin səfərinin yayda baş tutacağı bildirilsə də, daha dəqiqləşdirilmiş vaxt haqqında heç bir məlumat verilmir.

Qeyd edək ki, ATƏT-in indiki sədri Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçdir. O, 2014-cü il aprelin 27-də bu vəzifəyə təyin edilmişdi.

Xatırladaq ki, ATƏT-ə sədrlik edən Serbiyanın səlahiyyətlərinə münaqişələrin həll edilməsi də daxildir.
Mənbə
ANS PRESS