Fövqəladə Hallar Nazirliyi Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışla bağlı məlumat yayıb.

ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 20:32-də başa çatıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS