PSJ-nin forvardı Zlatan İbrahimoviç yenidən “Milan”ın formasını geyinə bilər.

Metbuat.az “Football Italia”ya istinadən xəbər verir ki, əgər klub satılarsa, isveçli futbolçunu “rossonerilər”in heyətində görə bilərik.

Artıq Silvio Berluskoninin klubu satdığı barədə iddiaların sayı durmadan artır.

2012-ci ildə PSJ-yə transfer olunan İbrahimoviç Paris klubunun heyətində çıxdığı 124 matçda 102 dəfə fərqlənib.