Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Kliton 2016-ci ildə keçiriləcək prezident seçkilərində iştirakı məsələsinə bu həftə sonu aydınlıq gətirəcək.
"Report"un RBK agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə H. Klintona yaxın bir neçə mənbə xəbər verib.
Bildirilir ki, sabiq dövlət katibi seçki marafonuna sosyal şəbəkələr vasitəsi ilə başlayacaq.
Xatırladaq ki, 2008-ci ildə də prezident olma iddiasında olan H.Klinton, ABŞ Demokrat Partiyasının daxilində keçirilən səsvermə nəticəsində Barak Obamaya məğlub olmuşdu.