Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində Stalinin təsviri olan plakat peyda olub.

ANS PRESS-in məlumatına görə, plakat Moskvada Plüşixa küçəsində, ev 11 A-nın yanında yerləşən hasara vurulub.

İosif Stalinin təsviri olan plakatda "Qaliblərə əbədi şöhrət!" sözləri yazılıb.

Bannerdə müharibə və müharibədən sonrakı illərin fotoları təsvir edilib. Plakatın mərkəzində Qələbə bayrağı fonunda Stalinin marşal kitelində ordenlərlə bəzədilmiş portreti yerləşdirilib.

Şəhər meriyası hələ bu məsələ barədə açıqlama verməyib.
Mənbə
ANS PRESS