RF-nin Olimpiya Komitəsi Bakıda Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının ilkin heyətini təsdiqləyib
Bakı, 9 aprel, AZƏRTAC
Rusiya Olimpiya Komitəsi (ROK) Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edəcək milli komandanın ilkin heyətini təsdiqləyib. AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ROK-nın prezidenti Aleksandr Jukov təşkilatın icraiyyə komitəsinin iclasından sonra məlumat verib.
A.Jukov deyib: “Bu gün biz komandamızın təxmini heyətini, onun formalaşdırılması prinsiplərini təsdiq etmişik. Avropa oyunlarına idmanın bütün növləri üzrə ən güclü idmançılar gedəcəklər. Yalnız voleybol istisna təşkil edə bilər, lakin ikinci heyət əsas heyətdən o qədər də zəif deyil. Bakıya həmçinin ən güclü qılıncoynadanlarımız gedəcək, çünki bu il onların dünya çempionatı keçirilir”.
Rusiya yığmasının ilkin siyahısına 360 idmançı daxil edilib.
ROK rəhbərinin sözlərinə görə, Rusiya yığması Birinci Avropa Oyunlarında ümumi komanda hesabında birinci yer uğrunda mübarizə aparacaqdır.
A.Jukov deyib: “Əsas vəzifəmiz qeyri-rəsmi komanda hesabında qələbə uğrunda mübarizə aparmaqdır”.
2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Avropa Oyunları Avropa qitəsinin tarixində ilk oyunlardır.
Ümumiyyətlə, 2015-ci ildə Bakıda 20 idman yarışı – idmanın olimpiya növləri üzrə 16 və qeyri-olimpiya növləri üzrə dörd yarış keçiriləcəkdir. Avropanın hər yerindən gələcək altı mindən çox idmançı yarışların keçiriləcəyi 17 gün ərzində öz ölkələrini təmsil edəcəkdir.
Bakı 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Avropa Oyunlarını keçirmək şərəfinə layiq görülüb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47