Çexiyalı alim Bilik Fondunda
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəvəti ilə ölkəmizə səfərə gələn çexiyalı alim, I Slavyan Gimnaziyasının direktoru Tatyana Perqler ilə fondda görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun icraçı direktoru Oqtay Səmədov T.Perqlerə Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. İcraçı direktor elmi müstəvidə inteqrasiya və elmi nailiyyətlərin mübadiləsi prosesində fondun “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələr çərçivəsində gördüyü işlərdən söz açıb.
Səmimi görüş üçün Bilik Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən T.Perqler Praqada keçirilən “Azərbaycanın geologiya elmi Çexiyada” sərgisində iştirak etdiyini xatırladıb. Çexiyalı qonaq Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə xüsusi maraq göstərdiyini, rəhbərlik etdiyi gimnaziyanın da bu layihəyə qoşularaq Bakı məktəblərindən biri ilə qardaşlaşmaq arzusunu bildirib.
Səfər çərçivəsində T.Perqler Bakı Slavyan Universitetində, bu ali məktəbin nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksində, İ.Əfəndiyev adına Elitar Gimnaziyada, Dövlət İdarəçilik Akademiyasında (DİA) görüşlər keçirib.
DİA-nın rektoru, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərovla görüşən çexiyalı alim daha sonra politologiya ixtisası üzrə təhsil alan tələbələrə “Avropa məkanında inteqrasiya prosesləri və problemlər” mövzusunda mühazirə oxuyub. Mühazirədə Avropa İttifaqında müxtəlif sahələrdə, xüsusən təhsil və sosial inkişaf istiqamətində inteqrasiya məsələlərinə dair tezis və mülahizələrini bölüşən T.Perqler tələbələri maraqlandıran sualları cavablandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47