Moskva birjasında dolların məzənnəsi 52 rubla qədər enib
Bakı, 9 aprel, AZƏRTAC
Moskva birjasında aprelin 9-da keçirilən hərracda dolların məzənnəsi 1,63 rubl ucuzlaşaraq 52 rubla qədər enib. Bu, 2014-cü il dekabrın 26-dan bəri minimum göstəricidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rubl dünya bazarında neft qiymətlərinin ucuzlaşması fonunda bahalaşır. Belə ki, Londonun ICE birjasında brent markalı neftin barrelinin may ayına olan fyuçers müqaviləsinin qiyməti 2,68 faiz ucuzlaşaraq 57,08 dollara enib.
Hazırda Rusiyanın valyuta birjasındakı dinamikanı əsasən texniki faktorların müəyyən etdiyini deyən VTB kapital investisiya kompaniyasının analitiki Maksim Korovinin fikrincə, gələn həftə vergi ödəməsi dövrü başladığı üçün ixracatçılar xarici valyuta satışını artıracaq və bu faktor da rublu əlavə olaraq dəstəkləyəcək.
Qeyd edək ki, Rusiya valyutasının məzənnəsi artıq dördüncü gündür ki, artmaqda davam edir. Həftənin əvvəllərindən başlayaraq rubl dollara nisbətdə 8,2 faiz, avroya nisbətdə isə 10 faiz bahalaşıb.
Sberbank CIB kompaniyasının analitiki Tom Levinson rublun hazırkı “texniki” yüksəlişinindən sonra bu tendensiyanın kəskin dəyişəcəyini istisna etmədiyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47