Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aqrar Elmlər Bölməsinin növbədənkənar iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclas akademiyanın aprelin 29-da keçiriləcək illik ümumi yığıncağında bölmə tərəfindən nümayiş etdiriləcək sərginin təşkili məsələsinə həsr olunub.
İclasda AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinin işçi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva sərginin təşkili ilə bağlı ətraflı məlumat verib, sualları cavablandırıb.
İclasda, həmçinin AMEA-nın 70 illiyi ilə əlaqədar və gələcəkdə keçirilməsi planlaşdırılan digər sərgilər barədə məlumat verilib.