Bakı, 9 aprel, AZƏRTAC
“Proceedings of the Royal Society” jurnalında dərc olunmuş məqalədə alimlər Niderland sakinlərinin nə üçün dünyanın ən hündürboylu sakinləri olduğunu izah ediblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, son bir neçə onillik ərzində hollandların boyu 20 santimetr artıb. Alimlər əmindirlər ki, bu genetik dəyişikliklərlə deyil, ölkədə yüksək həyat səviyyəsi ilə bağlıdır. Məsələn, ölkə sakinləri yaxşı qidalanır (ət və pendir), burada təbabət yüksək səviyyədədir, insanlar yüksək məvacib alırlar.
Lakin londonlu alim Hert Styulp əmindir ki, boya həyat səviyyəsi ilə bərabər, təbii seçmə (cinsi) də təsir göstərir. Ucaboylu cütlüklərin uşaqlarının da boyu uca olur. Üstəlik, belə uşaqlar möhkəm immunitetə malik olurlar.