Bakı, 9 aprel, AZƏRTAC
Basketbol üzrə ölkə çempionatının ikinci yarımfinal mərhələsi başa çatıb. Yarımfinal qarşılaşmasında “Qala” klubu “Baku Oilers” kollektivi ilə görüşüb.
AZƏRTAC Azərbaycan Basketbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, “Qala” klubu rəqibinə böyük üstünlüklə qalib gəlib. Oyun 88:54 (22-9, 23-12, 13-14, 30-19) hesabı ilə başa çatıb. Bu qələbə sayəsində “Qala” finala vəsiqə qazanıb.
Yarımfinal mərhələsinin ikinci oyununda isə AZTOP komandası NTD klubu ilə qarşılaşmada ilk oyundakı məğlubiyyətin əvəzini çıxa bilib: 70:60 (17-12, 20-12, 20-22, 13-14). Beləliklə, iki oyunun nəticəsinə görə ümumi hesab bərabərləşdiyindən digər finalçı əlavə oyunda müəyyən ediləcək.