Bakı, 9 aprel, AZƏRTAC
Fransanın Paul Bocuse İnstitutunun magistr tələbələrin qəbulu üzrə meneceri Miriam Marescot Xəzər Universitetində olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüşdə Xəzər Universitetinin turizm fakültəsində açılacaq turizm menecmenti ixtisası, iki ali məktəbin bu sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
M.Marescot gələcəkdə bu əməkdaşlığı davam etdirmək üçün professor H.İsaxanlını Fransaya dəvət edib.
