Bakı. 9 aprel. REPORT.AZ/ “Qaradağ” yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə 486 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.
Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3 100 metrdir. 486 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.