“Bakı-2015” ilk Avropa Oyunları Avstraliyanın “Seven Network” televiziya kanalı ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
Bakı, 9 aprel, AZƏRTAC
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
AZƏRTAC xəbər verir ki, Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı ilk Avropa Oyunlarının ölkə üzrə 8,4 milyon evə gündəlik yayımını öhdəsinə götürüb. “Seven Network” kanalı 2007-ci ildən Avstraliyanın ən reytinqli televiziya kanalıdır.
Avropa teleyayımçılarından başqa, ABŞ, Kanada, Hindistan, Çin və ərəb ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın bütün bölgələrində Avropa Oyunlarının daha çox tamaşaçı tərəfindən izlənilməsini təmin ediləcək.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının Olimpiya Oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib. Qeyd edib ki, bu kanalın ilk Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi “Bakı-2015”in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.
“Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn əlavə edib: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Avropa Oyunlarının uzun müddət teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.
“Bakı-2015” bu sazişlə yayım müqavilələrinin sayını 57-yə çatdırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47