ANS PRESS-in məlumatına görə, əsgər anaları parlamentdə hakim Respublika Partiyasının təmsilçisi Samvel Farmanyan tərəfindən Azərbaycanın “dəyirmanına su tökməkdə” günahlandırılıblar.
Hadisə bu gün baş verib. Səhər tezdən prezident Serj Sarkisyanın iqamətgahının önündə aksiya keçirən analar bir nəticə əldə edə bilmədikdən sonra parlamentin binasına tərəf yürüş ediblər. Onları Samvel Farmanyan qarşılayıb. Farmanyan əsgər analarının ağrısını anladığını desə də, əlindən heç bir iş gəlmədiyini vurğulayıb. O həmçinin anaları Azərbaycanın “dəyirmanına su tökməkdə” ittiham edib.
Həmin dəqiqələrdə əsgər analarının yanından hakim partiyanın təmsilçiləri Taçat Vardapetyan və oliqarx Samvel Aleksanyan keçib. Aleksanyan ədabaz-ədəbaz cibindən 10 min dram (təxminən $21) çıxararaq, parlamentin girişində duran dilənçiyə verib, əsgər analarının müraciətini isə vecinə almayıb.


Mənbə
ANS PRESS