Bakı. 9 aprel. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasser aprelin 13-15 tarixlərində Ermənistanda rəsmi səfərdə olacaq. 
"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, İrəvanda А.Brasser Ermənistan prezidenti, XİN rəhbəri, parlamentin spikeri, Ermənistanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. AŞPA prezidenti həmçinin İrəvan Dövlət Universitetinin tələbələri qarşısında da çıxış edəcək.