Bakı, 9 Aprel, AZƏRTAC
HTC şirkətinin yeni “One M9 Plus” mobil telefon modeli satışa çıxarılıb.
AZƏRTAC www.cnnturk.com saytına istinadla bildirir ki, “HTC One M9”-dan daha uzun və enli olan bu modelin qalınlığı dəyişilməyib. Yeni modelin barmaq izi tanıyan funksiyası da var.
Hələlik “HTC One M9 Plus” yalnız Çin bazarında satılır.