Nizami rayonunda birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövrü müzakirə edilib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Nizami rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda rayon müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin davam etdirildiyini deyib. I Avropa Oyunlarının 4 qrup üzrə 18 yarış obyektində keçiriləcəyini deyən T.Budaqov Milli Gimnastika Arenası ilə yanaşı, Olimpiya kəndinin və Mətbuat-media mərkəzinin də Nizami rayonunda yerləşdiyi qeyd edib.
Rayondakı prospekt və küçələrdə geniş abadlıq-quruculuq işlərinin həyata keçirildiyini deyən icra başçısı yaşıllıq sahələrinin salındığını və sanitariya–təmizlik işlərinin görüldüyünü, işlərə mayın sonunda yekun vurulacağını bildirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, belə bir beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrin icrasını təmin edəcəklərinə əminliyini ifadə edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları üzrə obyektlərin meneceri David Stor Avropa Oyunlarına hazırlıq və yarışların keçirilməsi müddətində idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində görüləcək işlərdən söhbət açıb.
Müşavirədə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində ictimai təhlükəsizləyin təşkili istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47