Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunacaq
Bakı, 9 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində aprelin 18-də növbəti təlim təşkil olunacaq.
İctimai Birlikdən AZƏRTAC- a bildirilib ki, hər il aprelin 22-də bütün dünyada qeyd olunan “Yer günü” ərəfəsində keçirilən təlim “Yer” kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, eləcə də su və enerji kimi vacib amillərə qənaət edilməsinə həsr ediləcək.
Laboratoriya zamanı Planetimizin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunacaq. “Kiçik ekoloqlara”, həmçinin ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcək.
Bundan əlavə, uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, suyun təmizliyinin yoxlanması prosesində və günəş işığı ilə işləyən kiçik robotların təcrübədən keçirilməsində iştirak etmək imkanı əldə edəcəklər.
Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsillərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcək.
Xatırladaq ki, aprelin 18-də keçiriləcək “Eko Laboratoriya” IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca dördüncü təlimdir. Əvvəlki laboratoriya təlimləri iqlim dəyişikliyi və qlobal istiləşmə (yanvar ayında), heyvanlar aləmi (fevral) və təbiətin oyanması (mart) mövzularına həsr olunub.
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlər IDEA İctimai Birliyi ilə əlaqə saxlaya bilərlər (497-63-16).
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47