“Aprelin sonunadək bütün idman obyektləri istifadəyə veriləcək. Demək olar ki, bütün arenalar 99% hazırdır”.

ANS PRESS-in məlumatına görə, bunu "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov deyib.

O bildirib ki, həm təhlükəsizlik, həm də nəqliyyat baxımından bütün lazımi işlər həyata keçirilir:

“17-18 min könüllü Avropa Oyunlarında iştirak edəcək. Onlar üçün artlıq treninqlər başlayıb. Bu treninqlər 2 ay davam edəcək. Biz tamaşaçılarla bağlı da treninq proqramına start vermişişik. İstəyirik ki, vətəndaşlarımız idman tədbirlərinə gəlsinlər və yarışları izləsinlər”, - deyə nazir vurğulayıb.
Mənbə
ANS PRESS