[ 09 Aprel 2015 11:15 ]


Bakı – APA. Moskva vilayətində iki qadının başsız meyiti aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Meyitlər Klyazma çayında tapılıb.

 

Polisdən bildiriblər ki, meyitlər başsız və əl-ayaqsız olub. Meyitlərin üzərində çoxsaylı bıçaq yaraları aşkarlanıb.

 

Faktla bağlı cinayət işi açılıb.