Bakının Xəzər ryonunda motosiklet qarajında yanğın baş verib.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan qarajın yanar konstruksiyaları yanıb.

Hadisə nəticəsində qarajda olan “Dayun“ markalı motosiklet də yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS