XVIII Avrasiya İqtisadi Zirvəsində Azərbaycanın iqtisadi layihələrindən bəhs olunub
İstanbul, 9 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsi keçirilir.
Rəsmi açılışdan sonra Zirvə “İpək yolu: iqtisadiyyat, enerji və yüksək texnologiyalar” və “İqtisadiyyat və demokratik əlaqələr, cəmiyyətdəki qeyri-bərabərlik” mövzuları üzrə ayrı-ayrı bölmələrdə davam etdirilib.
“İpək yolu: iqtisadiyyat, enerji və yüksək texnologiyalar” bölməsində Azərbaycanın energetika naziri Natiq Əliyev, Çexiyanın ticarət və sənaye naziri Jan Mladek, Avstriyanın keçmiş baş naziri Erhard Busek, “İqtisadiyyat və demokratik əlaqələr, cəmiyyətdəki qeyri-bərabərlik” mövzuna aid bölmədə isə professorlar Emre Alkın, Nilüfer Narlı, Gulazat Tuerxun və başqaları çıxış ediblər.
Çıxışlarda Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsi və Qərb istiqamətində nəqli, qədim İpək Yolunun bərpa olunmasının Avrasiya məkanına müsbət təsiri, bu dəhliz ətrafında həyata keçirilən digər layihələrin səmərəliliyi, TANAP və TAP layihələrinin dünyanın enerji təhlükəsizliyinə təsir imkanları, Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri layihələrin regional və beynəlxalq mühitdəki yeri və rolu, inkişaf və təqəqqinin insan haqlarının qorunması və demokratik inkişaf proseslərinə müsbət təsiri məsələlərindən bəhs olunub.
Azərbaycanın inkişaf strategiyasından yaranan iqtisadi layihələr barədə məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Zirvə aprelin 9-da işini davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47