Berlin, 8 aprel, AZƏRTAC
Mart ayında Amerika bazarında əsas alman avtomobil istehsalçılarının satışında ciddi yüksəliş qeydə alınıb. “Reuters” agentliyi bu həftə məlumat verib ki, göstəricilər 2014-cü ilin mart ayı ilə müqayisədə, satışı 18 faiz azalmış “VW” istisna olmaqla, bütün konsernlərdə artıb. “Volkswagen” konserninin törəmə müəssisəsi olan “Audi” markası satış 20 faiz yüksəldərək liderliyi ələ alıb. “Porsche” markalı avtomobilin satışı 12,7 faizdən çox olub, BMW isə ondan r azca (12,2 faiz) geridə qalıb.
“dpa” agentliyi qeyd edir ki, satışdakı artım “Mini” modelindən olan avtomobillərə tələbatı təmin edib. Onun satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artıb. Eyni vaxtda “BMW”nin digər modellərinin satışı da yüksəlib, lakin satışı 6,9 faizə çatan “Mini” markadan az dinamik olub. “Mercedes-Benz” markasının satış göstəricisi də 9,2 faiz yüksəlib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin