Qadın voleybolçuların Azərbaycan Superliqasında ikinci finalçının kimliyinə aydınlıq gəlib.
Metbuat.az-ın xəbərinə görə, sonuncu yarımfinal cütünün üçüncü oyununda "Azəryol" "Lokomotiv"i qəbul edib. "Yolçəkənlər" görüşün favoriti hesab olunurdular. Ancaq gözlənilənin əksinə, "Loko" oyununu rəqibinə diqtə edib. Nəticədə 3:1 hesabı ilə qələbə qazanan "dəmiryolçular" seriyanı 2:1 öndə bitirərək finala vəsiqə qazanıblar.
"Azəryol" - "Lokomotiv" - 1:3 (17:25, 25:18, 12:25, 16:25)
"Lokomotiv"in finaldakı rəqibi "Rabitə" olacaq.