Azərbaycan XİN BBC teleradiosunun müxbirinin işğal olunmuş ərazilərə səfərinə aydınlıq gətirib
"Report"un məlumatına görə, H.Hacıyev bildirib ki, BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barəsində əvvəlcədən Azərbaycan tərəfinin məlumatı var idi: "“BBC World News” xidmətinin rəhbərliyi tərəfindən bu səfərlə əlaqədar Azərbaycana məktub ünvanlanmışdı. Məktubda beynəlxalq media qurumu kimi BBC-nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycan işğal edilmiş ərazilərinə səfərlərə icazə verən qanun və qaydalarına hörmət etdiyi vurğulanıb. Bu əsnada məktubda BBC-nin müxbiri Rayhan Demytrinin reportaj hazırlamaq üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməsi üçün icazə istənilib. Verilişdə səsləndirilən bəzi məqamları qəbul etməsək də, jurnalist fəaliyyətinin ölkənin qanunlarına hörmət əsasında peşəkar səviyyədə həyata keçirilməsinə və mətbuatın azadlığına hörmətlə yanaşırıq.
Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim reportajın ətraflı şəkildə hazırlanmasına imkan verməyib. Bir qayda olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən əcnəbi KİV nümayəndələrinə ciddi nəzarət altında çox məhdud marşrut üzrə hərəkət etməyə və çəkiliş aparmağa imkan verilir.
Əgər jurnalistə çəkiliş üçün imkan verilsəydi, o, işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının mülkiyyətinə və Azərbaycan xalqına məxsus tarixi maddi-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vəhşilikləri təqdim edə bilərdi.
Habelə, adi insanlarla sərbəst təmasa imkan verilsəydi, BBC jurnalisti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətin dözülməz həddə acınacaqlı olduğunu görərdi".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35