Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncədəki filialı, habelə Naxçıvan istehsalat sahəsi cari ilin ilk rübü ərzində əlil vətəndaşları 6354 protez-ortopedik məmulatı və reabilitasiya vasitəsi ilə təmin edib. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əlillər 247 əlil arabası, 183 aşağı ətraf protezi, 29 yuxarı ətraf protezi, 40 döş protezi, 211 aşağı ətraf tutoru, 89 korset ortezi, 4711 yardımçı vasitə, 98 eşitmə aparatı və s. təmin edilib. Bu dövr ərzində əlillərə məxsus 148 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatı təmir olunub.
Bununla bərabər, cari ilin ilk rübündə Azərbaycan ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə şəhərindəki filialı 121 əlilə müalicə və reabilitasiya xidməti göstərilib.