Bakı, 8 aprel, AZƏRTAC
“İRƏLİ” İctimai Birliyi Azərbaycan Texniki Universitetində təqdimat keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin prorektoru İsa Xəlilov və tələbələr iştirak ediblər.
Təqdimat zamanı “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilib, qruplarla iş mexanizmi müzakirə olunub, yeni təşəbbüslər səsləndirilib.
Sonda “İRƏLİ” İB-in Azərbaycan Texniki Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olunub.