Bakı, 8 aprel, AZƏRTAC
“Səadan” yatağında 1807 nömrəli quyu qazmadan sonra istismara verilib. “Siyəzənneft” neft və qaz çıxarma idarəsinin sifarişi əsasında kompleks qazma işləri tresti tərəfindən maykop lay dəstəsinə qazılan quyu 1400-751 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.