Şabran, 8 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 8-də bir qrup şabranlı çağırışçı təntənəli şəkildə hərbi hissələrə yola salınıblar.
AZƏRTAC xəbər verir ki, yolasalma mərasimindən əvvəl Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və çağırışçılar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Bayraq Meydanında təşkil olunmuş mərasimdə çıxış edənlər Azərbaycan Ordusunun gücündən bəhs edib, çağırışçılara Vətənin keşiyində mətanətlə dayanmağı, hərbi sirlərə mükəmməl yiyələnməyi arzulayıblar.
Mərasimdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri öz bacarıqlarını nümayiş etdiriblər.
Valideynlərinin xeyir-duasını alan çağırışçılar Vətən üçün canlarından belə keçməyə hazır olduqlarını bildiriblər.
Sonra şabranlı gənclər hərbi hissələrə yola düşüblər.