Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistan qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranzitinə dair yüksək səviyyədə danışıqlar aparılır
Bakı, 8 aprel, AZƏTAC
Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə Moldova Prezidenti Nikolaye Timoftinin görüşündə əsas müzakirə obyekti Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranzitinə dair yüksək səviyyədə danışıqlar prosesi olub.
AZƏRTAC Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDH) istinadla xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda rəsmi səfərdə olmuş Moldova Respublikasının Prezidenti Nikolaye Timofti ilə aparılmış danışıqlardan sonra bu barədə kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciətində məlumat verib.
Moldova lideri bildirib ki, danışıqlar çərçivəsində energetika sektorunda əməkdaşlıq və enerji təhlükəsizliyinin təmin edilməsi, Xəzər dənizi regionunda təbii qaz ilə bağlı həyata keçiriləcək layihələrdə Türkmənistanın iştirakı məsələlərinə də toxunulub.
Türkmənistan dövlətinin başçısı Moldova Respublikasının Prezidenti Nikolaye Timoftinin toxunduğu Xəzər qaz kəməri məsələsi ilə əlaqədar bildirib ki, Türkmənistan karbohidrogen yataqlarının işlənilməsini və onların beynəlxalq bazarlara ixracını şaxələndirmə prinsipləri əsasında həyata keçirir. Bununla əlaqədar o qeyd edib ki, hazırda Türkmənistan təbii qazı Rusiyaya, İrana (iki istiqamət üzrə), habelə Çinə (30 milyard kubmetr) ixrac edilir. Gələcəkdə “mavi yanacaq” ixracının həcmini daha da artırmaq barədə razılıq əldə edilib.
Prezident Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Avropa vektoruna xüsusi əhəmiyyət verir və bununla əlaqədar Türkmənistan, Azərbaycan və Türkiyə arasında Türkmənistanın təbii qaz yataqlarının işlənməsi, qazın hasilatı və tranziti barədə yüksək səviyyədə danışıqlar aparılır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47