Yanko Tipsareviç ağır zədədən sonra yenidən kortlara qayıdıb. Yəqin ki, bu çətin günlərdə ona ən böyük dəstək həyat yoldaşı Bilyanadan gəlib. Onun gözəlliyi serb tennisçi üçün ən böyük motivasiyadı.
Metbuat.az-ın xəbərinə görə, bakalavr təhsilini Novisad Universitetində alan Bilyana Mühəndəslik və Menecment ixtisası üzrə magistr dərəcəsinə sahibdi. O, Yanko ilə 2007-ci ildə tanış olub, 2010-cu ildə isə cütlük ailə həyatı qurub.



















