İsmayıllı velosiped zavodunun tikintisindəki ləngimənin səbəbi açıqlanıb
Artıq avadanlıqların bir hissəsinin gəldiyini deyən federasiya rəsmisi zavodun bolqarıstanlı mütəxəssislərlə birgə inşa olunduğunu xatırladıb: "Biz də istərdik ki, zavod daha sürətlə tikilsin. Zavodun inşası və velosiped istehsalında bizə bolqarıstanlı sahibkar Draqomir Kuzov kömək edir. O, ötən il Azərbaycana gəlmişdi, bu il də "Tur d Azerbaidjana fəxri qonaq qismində gələcək. Onun Bolqarıstanda adına uyğun olaraq, "Drag" velosipedi istehsal edən çoxlu zavodu, 8 mağazası var. Zavodları Avropa Velosipedçilər İttifaqının bazası sayılır".
S.Ələkbərovun sözlərinə görə, zavodda nəinki həvəskarlar, hətta peşəkarlar üçün velosipedlər istehsal olunacaq: "Hazırda qarda sürülən, təkərinin eni 10-15 sm olan və motosikleti xatırladan velosipedlər çox dəbdədir. Kuzovun trek, şosse üzrə velosipedləri çox gözəldir. Deyir ki, qarda sürmək üçün velosipedlər ötən il daha çox satılıb. Özü də bunu gözləmirmiş. Bundan başqa akkumlyatoru olan hibrid velosipedlər də var. Sürürsən, yorulanda akkumlyatorun hesabına velosipedi saxlayaraq dincəlirsən və sonra yenə sürürsən. Dağ velosipedi, BMX velosipedi və s. də istehsal olunacaq. Onların materialları metal olmayacaq, əksəriyyəti karbon olacaq ki, yüngül olsun. "Drag" markalı velosipedlə şosse, trek növlərində dünya çempionluğu qazananlar olub. Çox yüksək keyfiyyətli velosipeddir. Bir sözlə, İsmayıllıdakı zavodda bütün spektrli velosipedlər - uşaqlar üçün nəzərdə tutulandan ən peşəkarınadək buraxacaq".
Vitse-prezident "Drag"la anlaşanadək bir neçə variantın nəzərdən keçirildiyini də söyləyib: "Hələ zavod tikintisinə dair məsələ ortaya çıxdıqda bizim mütəxəssislər çox axtardılar, Avropaya getdilər, Çin, Türkiyə variantını nəzərdən keçirdilər. Sonda "Drag"ın üzərində dayandılar ki, bu, daha keyfiyyətlidir".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47