Tovuz, 8 aprel, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamına əsasən, aprelin 1-dən ölkəmizdə gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, növbəti təntənəli yolasalma mərasimi aprelin 8-də Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında keçirilib. Hərbi xidmətə yola düşən gənclər əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi polkovnik Rasim Şirinov, rayon icra hakimiyyəti başçısının birinci müavini Mahir Həsənov, rayon veteranlar şurasının sədri Mayıl Hümbətov və başqaları ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb, hərbi xidmətə yola düşən gənclərə tövsiyə və tapşırıqlarını veriblər.
Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış olublar.
Daha sonra çağırışçılar hərbi hissələrə yola düşüblər.