İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. “Fiorentina” “Yuventus”u qəbul edib. Tərəflər arasında oynanılan ilk görüşdə “bənövşəyilər” 2:1 hesabı ilə qələbə qazanmışdı. Bu səbəbdən “Fiorentina”nın finala çıxmaq şansları daha yüksək qiymətləndirilirdi.
Ancaq “Yuventus” növbəti dəfə əbəs yerə A Seriyasında lider olmadığını sübuta yetirib. Metbuat.az-ın xəbərinə görə, Matri, Pereyra və Bonuççinin qolları sayəsində “Fiorentina”nı 3:0 hesabı ilə məğlub edən “Qoca Sinyora” finala vəsiqə qazanıb.
“Fiorentina” – “Yuventus” – 0:3
Qollar: Matri, 21, Pereyra, 44, Bonuççi, 59