Azərbaycanlı deputat Parisdə Ermənistanın işğalçılıq siyasətinin nəticələrindən danışıb
Bakı, 8 aprel, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva Parisdə Azərbaycanın Dostları Assosiasiyasının və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş “Qadın hüquqları, Azərbaycan dəyərləri” adlı tədbirdə çıxış edərək Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır doğma yurdlarına qayıda bilməyən məcburi köçkün qadınlardan danışıb. O, Fransanı Ermənistanın işğalçılıq siyasətinə sərt münasibət göstərməyə çağırıb.
Deputat qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illər xüsusilə qadınlar üçün çox ağır bir dövr olmuşdu. Çünki qonşu Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində Ermənistandan qovulan 200 mindən artıq azərbaycanlı da daxil olmaqla 1 milyondan artıq insan öz evini, işini itirmişdi. İşğal zamanı 20 mindən çox azərbaycanlı öldürülüb, minlərlə qadın ailə üzvlərini, yaxınlarını itirib. Yüzlərlə qadın girov götürülüb və işgəncələrə məruz qalıb. Onların bir hissəsi bu işgəncələr nəticəsində həyatını itirib, bir hissəsi beynəlxalq təşkilatların dəstəyi ilə azad edilsələr də, böyük travmalar yaşayıblar. Çox təəssüf ki, beynəlxalq təşkilatların qətnamə və qərarlarına baxmayaraq, 20 ildən artıqdır 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün, o cümlədən yüz minlərlə qadın bu gün öz evinə qayıda bilmir.
Deputat vurğulayıb ki, etnik kimliyindən və dini inancından, harada baş verməsindən asılı olmayaraq, insan haqlarının bu qədər kobud şəkildə tapdalanmasına göz yumulmamalıdır. O insanlar fransız dostlarımızdan məhz bu cür mövqe gözləyirlər.
Q.Paşayeva qadınlarımızın cəmiyyətə inteqrasiyası, onların təhsili, iş yerləri, məşğuliyyəti ilə bağlı həyata keçirilən dövlət proqramlarından da danışıb. O, eyni zamanda, Azərbaycan qadınlarının fəallığının, onların bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində rollarının daha da artırılması, qadın haqlarının qorunması istiqamətində görülən işlər və qəbul olunmuş qanunlar, dövlət qadın siyasətinin həyata keçirilməsində ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi barədə də məlumat verib.
Deputat Azərbaycanda məişət zorakılığı da daxil olmaqla qadına qarşı şiddətin bütün formaları ilə, erkən nikahlarla fəal mübarizə aparıldığını deyib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35