Kissencer Bakıya gəlir
ANS PRESS-in Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət xadimi, XX əsr ABŞ xarici siyasətinin əsas strateqlərindən biri, beynəlxalq münasibətlər üzrə diplomat və ekspert Henri Kissencer III Qlobal Açıq Cəmiyətlər Forumunda iştirak etmək üçün aprel ayının sonunda Azərbaycana gələcək. Henri Kissencerin “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan beynəlxalq forumun açılış sessiyasında çıxışı planlaşdırılıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü, 2014-cü ildə Mərkəzin xüsusi Qızıl medalı ilə təltif olunub.
H.Kissencer ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri (1973-1977), keçmiş dövlət katibi, Nobel sülh mükafatı laureatıdır. ABŞ-ın müasir xarici siyasətinin formalaşmasında mühüm rola malik H.Kissencer ABŞ-SSRİ münasibətlərinin yeni müstəviyə keçməsinin təşəbbüskarı və icraçısı, ölkəsinin Çin Xalq Respublikası ilə münasibətlərinin əsasını qoyan, Vyetnam müharibəsini bitirən Paris sülh müqaviləsini imzalayan siyasətçi kimi tarixə düşüb. H.Kissencer hazırda “Kissenger Associates” beynəlxalq konsaltinq firmasının rəhbəridir.
Xatırladaq ki, III Qlobal Açıq Cəmiyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-30-da Bakıda keçiriləcək. Forumda 75 ölkədən 350-dək yüksək səviyyəli dövlət xadimi, siyasətçi, ekspert və alimin iştirakı nəzərdə tutulub. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47