“Top Gear“ məşhur avtomobil super şousunun təsisçisi və müəllifi olan Derek Smith Britaniyada vəfat edib.

ANS PRESS-in məlumatına görə, 87 yaşlı şoumenin ölümü haqda oğlu Qrem xəbər yayıb.

Smith bir neçə verilişin müəllifi olsa da ona dünyada populyarlıq “Top Gear” qazandırıb.

Smith 1977-ci ildə "Top Gear" şousuna başlayıb və 2002-ci ilə qədər bu verilişin jurnal versiyası mövcud olub.

Şounun adının banisi də məhz Smith sayılır. 2002-ci ildən sonra müasir “Top Gear” yaranıb.

Son həftələrdə veriliş aparıcı Ceremi Klarksonun işdən çıxarılması ilə gündəmə gəlmişdi.
Mənbə
ANS PRESS