[ 07 Aprel 2015 21:59 ]



Bakı-APA. ABŞ-ın İllinoys ştatında “Cessna 414” kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Chicago Tribune nəşri məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 sərnişin və bir pilot hadisə yerində ölüb.   

 

Təyyarənin Bluminqton  aeroportunun yaxınlığında qəzaya uğradığı bildirilir.

 

Qəzanın səbəbləri barədə rəsmi məlumat hələlik verilməyib.