"Təssəvvürümə belə gətirə bilmərəm ki, Vaşinqtondakı Çexiya səfiri ABŞ prezidentinə hara səfər etməyi barədə məsləhətlər versin", Parlamentni listy nəşri Miloş Zemanın söylədiklərini iqtibas edir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Çexiya prezidentinin mətbuat katibi sonradan dəqiqləşdirib ki, Zeman ABŞ səfirilə görüşməyi planlaşdırmasa da, bu, o demək deyil ki, səfir prezident iqamətgahında keçiriləcək tədbirlərə buraxılmayacaq.
ABŞ səfirliyi hələlik Çexiya prezidentinin dediklərini şərh etməyib.
Çexiya prezidenti Miloş Zeman II Dünya müharibəsində qələbənin 70 illiyilə bağlı Moskvada mayın 9-da keçiriləcək paradda iştirak etmək niyyətini bildirmiş az sayda olan Aİ ölkələri liderlərindən biridir.
Milli.Az