“Report” “Azərsu” ASC-yə istinadən xəbər verir ki, kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcək.
Maraqlananlar şəxsi məlumatlarını müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək hr@azersu.az ünvanına göndərə bilərlər.