Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsi ABŞ-ın nüfuzlu qəzetində
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ANS PRESS-ə verilən məlumata görə, “Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqalədə müəllif, Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır.
M.Yevdayev 2015-ci ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edir. O bildirir ki, dağ yəhudiləri 2000 ildən çoxdur ki, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və öz dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.
Eyni zamanda, M.Yevdayev bildirir ki, Azərbaycan öz tolerantlığı ilə bütün dünya üçün gözəl bir nümunədir. “Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristiyanların sülh, qarşılıqlı hörmət və ehtiram şəratində birgə yaşamasının mümkünlüyünü sübut edir”, - deyə müəllif qeyd edir.
Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.jewishjournal.com/opinion/article/jews_of_azerbaijan_and_united_states_in_celebration_of_our_transcendent_con Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47