Aprelin 12-də “Olimpiada 2015”-in ilk onlayn turu keçiriləcək
Təşkilat Komitəsindən bildirilib ki, öz biliklərini sınamaq, dəyərli hədiyyə və diplomlarla mükafatlanmaq, beynəlxalq olimpiadalara vəsiqə qazanmaq istəyən hər kəs iştiraka dəvət edilir: “İlk olimpiada turumuz 12 aprel 2015-ci il tarixdə baş tutacaq. Olimpiada turunun keçirilməsi qaydaları ayrıca olaraq “www.istedad.az” saytında işıqlandırılacaq”.
Qeyd edək ki, olimpiada “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq, “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Layihənin əsas məqsədi - yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır.
Layihə riyaziyyat, fizika, kimya və məntiq elmlərinə marağı olan və istedadı ilə seçilən yeniyetmə və gənclərin üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi üçün əsas vəzifə kimi qarşıya qoyulub. Olimpiadanın Təşkilat Komitəsi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondunun nümayəndələrindən formalaşdırılır.
İştirakçılar 14-16 yaş arasında olmalıdır və müstəsna hal kimi 14 yaşdan kiçik olan yeniyetmələr də iştirak etmə hüququna malikdirlər. Bu olimpiadanın qalibləri nəzərdə tutulmuş diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, beynəlxalq və dünya fənn olimpiadalarında iştirak etmək şansını qazanacaqlar.
Layihə yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır, bu sahələrdə biliklərin əldə edilməsi üçün motivasiya, stimul və şərait yaradır. Bu məqsədlə İKT vasitəsilə yeniyetmələrin ən geniş kütləsi bilik yarışmasına cəlb edilir, yüksək nəticələr qiymətləndirilir, onların müəllifləri cəmiyyətdə təbliğ edilir, geniş və şəffaf rəqabət mühiti yaradılır. Yüksək bilik və elmə həvəs göstərənlər distant təhsilə cəlb edilir. “İstedadların hazırlığı laboratoriyası” təcrübi xarakter daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir.
Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, eləcə də əsasən İKT vasitəsilə həyata keçirildiyinə görə bu layihə unikaldır. Keçirilən sınaqlar (onlayn olimpiadalar) yeniyetmələrin bu və ya digər fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47