Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı baş tutacaq.

Aprelin 8-dən iyunun 10-dək San Antonio şəhərində (ABŞ) ABŞ Quru Qoşunları Kollecində "Komanda və Qərargah" kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Mənbə
ANS PRESS