Sofiya, 7 aprel, AZƏRTAC
Bolqarıstanın Varna və digər regionlarında aramsız yağan yağışlar güclü daşqınlara səbəb olub. Varnada bir çox küçələr su altında qalıb, nəqliyyatın hərəkəti iflic olub, 7 su anbarında suyun səviyyəsi nəzarət altına alınıb. Yaranmış vəziyyət nəticəsində bölgədə narıncı təhlükə kodu elan olunub.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya