Ermənistan xarici işlər nazirinin Azərbaycana qarşı əsassız iddiaları beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti çarəsiz cəhddir
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “International Affairs” jurnalına verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.
H.Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin Azərbaycana qarşı irəli sürdüyü əsassız iddialar danışıqlar prosesinin reallığı ilə ziddiyyət təşkil edir. Bu, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti çarəsiz cəhddir.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəfələrlə bəyan edildiyi kimi, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvonun əsasını isə Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı təşkil edir. Bu səbəbdən qəbuledilməz olan status-kvo ilk növbədə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması ilə dəyişdirilməlidir. 2014-cü ilin mayında ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri tərəfindən də dəstəklənən münaqişənin həllinə dair altı bənddən ibarət planı təqdim etdi. Bu planın da başlıca elementi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılmasıdır. Minsk qrupunun həmsədrlərinin israrlı çağırışlarına baxmayaraq, Ermənistan böyük sülh sazişi üzərində işə başlamaqdan imtina edir.
Minsk qrupunun həmsədrlərinin bəyanat və çağırışlarını təhrif edən Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli Budapeşt sənədində həmsədrlərin fəaliyyətinin əsasını BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil etdiyi vurğulanır. BMT Təhlükəsizlik Şurasının qətnamələri isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsbit edir, güc tətbiq edərək ərazi əldə etməsinin qəbuledilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz zəbt olunmuş ərazilərdən çıxarılmasını tələb edir.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan humanizmdən kənar şəkildə itkin düşmüş şəxslər barədə məlumat mübadiləsindən imtina edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq azərbaycanlı itkin düşmüş hesab edilir. Onların əksəriyyəti Ermənistan tərəfindən öldürülüb və işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində kütləvi məzarlıqlarda basdırılıb. Müasir DNT analizləri vasitəsilə onların kimlikləri müəyyən edilə və ailələrinə məlumat verilə bilərdi.
Hazırda davam edən vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistan rəhbərliyi yürütdüyü destruktiv siyasət ilə bir daha sübut edir ki, rəsmi Yerevan regionda sülh, sabitlik və öncədən proqnozlaşdırıla bilən vəziyyətin bərqərar olmasında maraqlı deyil.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47