Bakı, 6 aprel, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron qaydada açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı Sərəncamla təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirlər Planında qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdansatış və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.