Türkiyənin Konya şəhərində şagirdləri daşıyan avtobusla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.


 

APA-nın “Milliyet” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə zamanı 11 nəfər yaralanıb.

 

Yaralılar müxtəlif xəstəxanalara yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.