Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb
Bakı, 5 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (International Climbing and Mountaineering Federation - UIAA) nümayəndələri ilə görüşüb.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunub. Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis edilib. Beş qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan artıq insanı bir araya gətirir. Federasiyanın əsas məqsədləri dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən beynəlxalq struktur kimi tanınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47